AĞILLI KƏND

AĞILLI KƏND KONSEPSİYA LAYİHƏSİ

“Ağıllı Kənd” konseptual tikinti-planlaşdırma layihəsi təklifi, bu sahədə mövcud olan qabaqcıl praktika nəzərə alınmaqla BİMD Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmışdır. Layihənin uğurla icra edilməsi üçün Füzuli rayonunun Pirəhmədli kəndi hədəf kimi müəyyən edilmiş, layihənin həyata keçiriləcəyi ərazilər haqqında mövcud olan məlumatlar toplanmış və təhlil edilmiş, mövcud qabaqcıl təcrübə öyrənilmiş və əldə olunan nəticələr əsasında layihənin konseptual tikinti-planlaşdırma təklifi hazırlanmışdır.

Füzuli rayonunun Pirəhmədli kəndinin bərpası və yenidənqurulmasının konseptual tikinti-planlaşdırma layihəsi təklifi məkan və zaman inkişafının planlaşdırılmasının qəbul edilmiş aşağıdakı prinsipləri və yanaşmaları əsasında müəyyənləşdirilmişdir:

  • şəhərsalma fəaliyyətinin həyata keçirilməsində təhlükəsizlik və insanın əlverişli yaşayış şəraitinin təmin edilməsini nəzərdə tutan ərazilərin dayanıqlı inkişafı;
  • strateji sosial-iqtisadi, demoqrafik və ərazi planlaşdırmasında tarixi və statistik məlumatların öyrənilməsi, təhlil edilməsi və gələcək planlaşdırmada nəzərə alınması;
  • nəzərdən keçirilən ərazilərin sosial-iqtisadi, məkan və zaman inkişafının rəqabət üstünlükləri və məhdudiyyətlərini müəyyənləşdirən bütün xarici və daxili amillərinin uçotu.
AĞILLI KƏND