Kateqoriyalar

Forhome zəmanəti

Zəmanət şərtləri   

Zəmanət müddəti mebelin satıldığı gündən başIıyır və 24 ay ödənişsiz, əlavə 12 ay ödənişli formada həyata keçirilir. Ümumi mebelə rəsmi zəmanət müddəti 36 ay təşkil edir. Mebellərin bütün hissələri daxil olmaqla  bərabər  bütün modellər zəmanətlidir. Mebelin zəmanət müddəti daxilində, istər material və iş, istərsə quraşdırma xətasından zədələndiyi halda xidmət xərcləri, dəyişdirilən hissənin dəyəri və ya başqa nə adla olursa olsun bütün xərclər firmaya aiddir. Mebelin təmirə göndərildiyi vaxt zəmanət müddətinə daxil deyil və zəmanət müdətinə əlavə olunmur. Təmir müddəti mebelə baxış keçirildiyi gündən, ən gec 30 iş günü ərzində həyata keçrilir. Aşağıdakı hallarda  istehlakçı  mebelin detalını ödənişsiz dəyişdirilməsini tələb edə bilər. İstehlakçı təmir haqqında istifade etməsinə baxmayaraq mebel istehlakçıya satdığı gündən 30 etibarən, bir il içində eyni qüsur 3 dəfədən artıq  təkrarlanıbsa, Eyni mebeldən 4 dəfə fərqli qüsurlar meydana gəlibsə, Bu fərqli qusurlar zəmanət muddəti içində 6 dəfədən  artığ təkrarlanıbsa,Təmir üçün təyin olunan maksimal müddəti keçibsə,Təmir olunması mümkün olmadığı ekspert tərəfindən təsdiqlənərsə. Zəmanət şərtlərinə  daxil olmayan hallar: Mebelin ümumi istifadə qaydası şərtlərinin pozulması, Firmanın təyin etmədiyi ustalar tərəfindən  qurulması nəticəsində  qüsurların meydana gəlməsi.Zəmanət müddətinin bitməsi,Mebelin üzərində mexaniki zədələrin olması, Mebelin təbii fəlakət (sel, yanğın, bədbəxt hadisə) nəticəsində zərər görməsi, İstehlakçı tərəfindən bilərək və ya  bilməyərək mebelə fiziki zərər yetirilməsi, Mebelə təmir məqsədi ilə şirkətimizin təyin etmədiyi şəxslərin və ya qurumların  müdaxilə etdiyi halların aşkarlanması, Mebelə istehlakçı tərəfindən konstruktiv dəyişiklik olunması zamanı zərər verilməsi, Qüsurların səhv istismardan meydana gəlməsi (cızılma, əzilmə, qırılma v.s)

Yuxarıda sadalanan hallarda xidmət ödənişlidir və şirkətimizin təyin etdiyi qiymətlərlə həyata keçirilir. Qüsurun xususiyyətini mebelə baxış  keçirilməsi zamanı akt tərtib edən ekspertimiz təyin edir.